“Real”da forma nömrələri dəyişdi: Arda Gülər bu rəqəmi seçdi
Bizi izləyin

İdman

“Real”da forma nömrələri dəyişdi: Arda Gülər bu rəqəmi seçdi

2024/25 mövsümündə “Real”ın bir sıra oyunçularının hansı forma nömrələri altında çıxış edəcəyi müəyyənləşib.

Publika.az xəbər verir ki, Federiko Valverde karyerasını bitirən Toni Kroosun oynadığı “8 nömrə”ni alıb. Boşalan “15 nömrə”ni Arda Gülər ​​götürüb.

Eduardo Kamavinqa 12 əvəzinə “6 nömrə”ni seçib. Orelyen Çuameni “18 nömrə”sini Xesus Valyexoya verib. Özü isə 14-ü seçib.

“Real”ın yeni transferi Kilian Mbappeyə Kərim Benzemanın gedişindən sonra boş qalan “9 nömrə” verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm