AVRO-2024: İngiltərə finala yüksəldi - YENİLƏNDİ/VİDEO
Bizi izləyin

İdman

AVRO-2024: İngiltərə finala yüksəldi - YENİLƏNDİ/VİDEO

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Publika.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da İngiltərə millisi qələbə qazanıb - 2:1.

Matçda 7-ci dəqiqədə Xavi Simons "narıncılar"ı hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə isə Olli Uotkins adını tabloya yazdırmaqla ingilislərin qalibiyyət qoluna imza atıb.

Qeyd edək ki, finala yüksələn Qaret Sautqeytin rəhbərlik etdiyi yığma həlledici mərhələdə İspaniya seçməsinə rəqib olub. Final qarşılaşması iyulun 14-ü, saat 23:00-da keçiriləcək.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə növbəti qol vurulub.

İngiltərəlilər hesabı bərabərləşdirməyi bacarıblar.

İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirib.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə hesab açılıb.

Niderlandlılar hesabda önə keçiblər.

7-ci dəqiqədə Xavi Simons dəqiq zərbə müəllifi olub.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü start götürüb.

Publika.az xəbər verir ki, qarşılaşma Dortmunddakı “Siqnal İduna Park"da keçirilir.

Görüşü almaniyalı referi Feliks Şvayer idarə edir.

Canlı yayımı təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm