"Barselona"da Gündoğan müəmması: Nə baş verir?
Bizi izləyin

İdman

"Barselona"da Gündoğan müəmması: Nə baş verir?

"Barselona"nın yeni baş məşqçisi Hansi Flik 2024/25 mövsümündə yarımmüdafiəçi İlkay Gündoğanın oyun vaxtını xeyli azaltmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

Flik Gündoğanı ikinci dərəcəli rola keçirməyi planlaşdırır. Mütəxəssis yaxın vaxtlarda yarımmüdafiəçi ilə gələcəyi ilə bağlı danışacaq.

Türkəsilli futbolçu "Barsa"dan ayrılmaq qərarına gəlsə, o, sərbəst buraxılacaq. Bu da klubun maaş hesabındakı təzyiqi aradan qaldırmağa kömək edəcək.

Qeyd edək ki, Gündoğan bir il əvvəl azad agent statusu ilə "Barselona"ya keçib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm