İdman
Gürcü azərbaycanlıya yumruq atdı? – “Onun hünəri çatmaz”
Azərbaycan Premyer Liqasında XII turda keçirilən “İnter” – “Xəzər Lənkəran” matçından sonra xoşagəlməz hadisə baş verib.
Mətbuatın iddiasına görə, “bankirlər”in 3:1 hesablı qələbə qazandıqları oyundan sonra Bakı klubunun baş məşqçisi Kaxaber Sxadadze cənubluların məşqçilərinə etik olmayan jest göstərib.
Sxadadzenin bu hərəkətindən sonra “Xəzər Lənkəran”ın nümayəndəsi Yunis Hüseynov onu sakitləşdirməyə cəhd edib. Daha da hirslənən Sxadadze ona da yumruq atıb.
Məsələyə aydınlıq gətirmək üçün Yunis Hüseynovla əlaqə saxladıq. Publika.az-a danışan Hüseynov ona zərbə dəymədiyini deyib:
“Sxadadze yumruq atmaq istəmiş ola bilər. Demişəm, yenə təkrarlayıram, mənə zərbə vurması üçün gərək onun 2 başı olsun. Onun mənə zərbə endirməsinə gücü, hünəri çatmaz. O, artıq bütün çərçivələri aşıb. Heç nə onun özünü belə aparmasına əsas vermir. Bizə qalib gələn komandaları həmişə təbrik etmişik, özümüz qələbə qazananda da təbrikləri qəbul etmişik. Məğlub olduq. "İnter"i təbrik edirəm. Təəssüf ki, oyundan sonra əsəblərimiz korlandı. Halbuki buna heç bir ehtiyac yox idi. Qələbə qazananda adam özünü itirməz”.
Aygün İlqarqızı
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu