“Çelsi” 7-ci qapıçını aldı - 20 milyona
Bizi izləyin

İdman

“Çelsi” 7-ci qapıçını aldı - 20 milyona

“Çelsi” tezliklə “Genk”dən belçikalı qapıçı Mayk Pendersi transfer edəcək.

Publik.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat verib.

Mənbənin məlumatına görə, “mavilər” 19 yaşlı futbolçunun transferi üçün bonuslar da daxil olmaqla “Genk”ə 20 milyon avro ödəyəcək.

Futbolçunun özünün Premyer Liqa klubu ilə uzunmüddətli müqavilə imzalayacağı, lakin 2024/25 mövsümünü icarə əsasında doğma klubunda keçirəcəyi qeyd edilir.

Maraqlıdır ki, hazırda “Çelsi”nin artıq 6 qapıçısı var: Djordje Petroviç, Robert Sanchez, Philip Jorgensen, Kepa Arrisabalaqa, Lukas Bergström və Markus Bettinelli.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm