İdman
Renat Dadaşovun komanda yoldaşı itkin düşdü
Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi “Ankaragücü”nün futbolçusu Renaldo Sefas yoxa çıxıb.
Publika.az xəbər verir ki, məşqlərə qatılmayan yamaykalı hücumçu ötən gün I tur çərçivəsində qarşılaşdıqları “Şanlıurfaspor” oyununun iştirak ərizəsində yer almasına baxmayaraq stadiona gəlməyib.
Paytaxt təmsilçisinin baş məşqçisi Cihat Arslan baş verənləri təsdiqləyərək futbolçunun harada olmasından xəbərsiz olduqlarını bildirib.
Qeyd edək ki, dünən I Liqanın ilk turunda “Şanlıurfaspor”la üz-üzə gələn “Ankaragücü” 2:0 hesabı ilə qələbə qazanıb. Yığmamızın üzvü Renat Dadaşov 67-ci dəqiqədə oyuna daxil olub və 9 dəqiqə sonra komandasının ikinci qoluna imza atıb.
-
MDB15:25
Putin orduya göstəriş verdi: bu tarixə qədər Kursku alın!
-
Cənubi Qafqaz15:12
Xankəndidən qaçan erməninin Zəngəzurla bağlı dedikləri İrəvanı qarışdırdı
-
Dünya14:42
Tramp çıxışı ilə dünyanı təəccübləndirdi: Putindən qorxur?
-
Maraq dünyası14:04
Beləsi olmamışdı: Görün gəlin nikah masasına nə ilə gəldi - FOTOLAR
-
Sosial12:50
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
İqtisadi gündəm12:15
Pensiya alanlara ŞAD XƏBƏR: bu qədər artırılacaq
-
İdman11:38
Basketbolun ucaboy gözəli: Görün nə qədər qazanır - FOTOLAR
-
MDB10:38
Kiyevin ümidləri özünü doğrultmadı: ABŞ və Britaniya bu qadağanı ləğv etmədi