Ukraynalı futbolçular türk hakimlə salamlaşmaqdan imtina etdilər - Şok səbəb
Bizi izləyin

İdman

Ukraynalı futbolçular türk hakimlə salamlaşmaqdan imtina etdilər - Şok səbəb

Ukraynanın “Krivbass” klubunun futbolçuları Konfrans Liqasının pley-off mərhələsində “Betis”lə oyununda hakimləri salamlamaqdan imtina ediblər.

Publika.az xəbər verir ki, bu barədə Sport24 məlumat verib.

Oyunu türk Arda Kardeşlərin rəhbərlik etdiyi briqada idarə edib. Baş hakim daha əvvəl Rusiya millisi ilə oyunda çalışdığı üçün start fitindən əvvəl Ukrayna klubunun futbolçuları hakimlərlə əl sıxışmayıb.

Bundan əvvəl Ukrayna tərəfi Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) Kardeşleri əvəz etməyi tələb etmişdi . “Krivbass” qeyd edib ki, hakim 2024-cü ilin martında Moskvada Serbiya və Rusiya milli komandaları arasında keçirilən yoldaşlıq matçını idarə edib .

Görüş avqustun 22-də Slovakiyanın Koşitse şəhərində baş tutub və 2:0 hesabı ilə İspaniya klubunun xeyrinə başa çatıb. Cavab oyunu bir həftə sonra Sevilyada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm