İdman
O, Zidanla görüşmək istəyir: 18 il əvvəl baş verənlərə aydınlıq gətirməliyik
İtaliya milli komandasının sabiq müdafiəçisi Marko Materatsi 2006-cı il dünya çempionatının finalında Zinəddin Zidanla arasında yaşanan münaqişə haqda danışıb.
Publika.az xəbər verir ki, o, Zidanla görüşərək aralarındakı məsələni həll etmək istədiyini bildirib:
“Uzun müddət keçib, amma heç vaxt danışmamışıq. Belə imkanım olmayıb. Düzünü desəm, onunla danışmağa hazıram. Zidan hələ də böyük futbolçudur.
18 il əvvəl baş verənləri müzakirə edib, sadəcə olaraq bir çox məsələyə aydınlıq gətirə bilərik. Biz peşəkarıq”.
İtaliya 2006-cı ildə Fransa yığmasını penaltilər seriyasında məğlub edərək dünya çempionu olub. Finalın 110-cu dəqiqəsində Materatsi ilə Zidan arasında söz davası yaranıb və bundan sonra fransalı əfsanə italyanlının sinəsinə başı ilə zərbə endirib. Nəticədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Maraqlıdır ki, bu hadisə Zinəddinin karyerasındakı son oyununda baş verib.
Heybət
-
Avropa03:13Zelenski Avropa Birliyindən görün nə istədi
-
Banklar 01:41Banklardan kredit götürənlərin NƏZƏRİNƏ - Yaxın dövrdə nə gözlənilir?
-
MDB00:45Trampın kürəkəni “ağıllı” üzük və qırmızı iplə DİQQƏT ÇƏKDİ - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu iki enerji birlikdə möcüzə yaradır
-
Magazin125 Yanvar 23:36"Bu o deməkdir ki, sən sənət adamı deyilsən"
-
Region25 Yanvar 22:48İran alçaq hündürlükdə uçuşlara QADAĞA QOYDU
-
Magazin125 Yanvar 22:36"Məzar yerimi və kəfənimi almışam" - VİDEO
-
Hadisə25 Yanvar 22:12Generalın yerinə təyin edilən Arzu Yusifova İŞDƏN ÇIXARILDI





































