"Qarabağ"ı "Qalatasaray"dan üstün tutdu: Tökülməz, sistemi pozulmaz, zövqləri korlamaz
Bizi izləyin

İdman

"Qarabağ"ı "Qalatasaray"dan üstün tutdu: Tökülməz, sistemi pozulmaz, zövqləri korlamaz

"Joze Mourinyo düz deyir. Belə komandalar ÇL-ə çıxıb nə edəcəklər? Komanda ağlı yox, fərdi ağıl yox. Məşqçi zəkası heç yox".

Publika.az xəbər verir ki, bu sözlər Çempionlar Liqasının pley-off mərhələsinin "Qalalasaray" - "Yonq Boys" (0:1) oyunu ilə bağlı fikirlərini bölüşən siyasi xadim Fazil Mustafaya məxsusdur. O, Türkiyə çempionunun İsveçrə təmsilçisinə iki oyunun cəmində məğlub olaraq ÇL-dən kənar qalmasına sosial şəbəkə hesabında kəskin şəkildə münasibət bildirib.

Fazil Mustafa İstanbul nəhəngini “Qarabağ”la müqayisə edib. O, Azərbaycan çempionunun bu qədər sistemsiz çıxış etmədiyini bildirib:

“Qarabağ” 0:3 hesabı ilə uduza bilər, hətta növbəti oyunda yenə də məğlub ola bilər. Ancaq tökülməz, sistemi pozulmaz, tamaşaçının futbol zövqünü korlamaz. Bircə Mirça Luçeskonun vaxtında “Qalatasaray” sistem komandası olub. Mauro İkardi kimi mankenləri alıb futbolçu kimi sırıyırlar zavallı fanatlara. Fernando Muslera da özünü İstanbulun məhəllə uşağı kimi apardı. Televiziyada baxanları başa düşürəm, başqaları hələ bir stadiona da gedib vaxtlarını itirirlər. Söhbət udub-uduzmaqdan getmir, savadsız, sistemsiz oyundan gedir.

İnanın ki, “Qarabağ”ın Xorvatiyada "Dinamo"ya məğlub olduğu oyundan mən zövq aldım. Cəsur, ürəkli, fəqət şanssız! Hələ ki, “Qarabağ” bu cür oynayır, Azərbaycanda Türkiyə komandalarının fanatı olmağı anlamaq çətindir. Əlbəttə qardaş ölkəmizin sadəcə təəssübkeşi kimi bu oyunları izləməyə sözüm yox!"

Qeyd edək ki, "Qarabağ" "Dinamo" ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünü bu gün keçirəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm