Futbol tarixində belə zədə olmayıb: Asqırdı və...
Bizi izləyin

İdman

Futbol tarixində belə zədə olmayıb: Asqırdı və...

İngiltərənin "Bolton" klubunun hücumçusu Viktor Adeboyejo şiddətli asqırdıqdan sonra belindən zədə alıb.

Publika.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yan Evatt məlumat verib.

26 yaşlı nigeriyalı futbolçu buna görə İngiltərə Liqa kubokunda "Barrou" ilə matçı (3:2) buraxıb. “Viktor asqırdıqdan sonra kürəyindən ağır zədə aldı. – İstəyirsiz inanın, istəmirsiz inanmayın.

Biz onu tibbi müayinələrdən keçirmişik və nəticələri tezliklə almalıyıq. "Çarlton"la matçda rəqiblə toqquşmasını hamı xatırlayır, onda hər şey qaydasında idi. Ancaq sonra o, möhkəm asqırdı. Viktor güclü oğlandır və bərk asqırır.

O, qabırğalarının arasında kiçik bir xırıltı hiss etdi. Ümid edirik ki, problem qığırdaqda və ya əzələdədir”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm