Kriminal
Narin buna görə öldürülüb - Mümkün ssenari
Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, Narinin nə gördüyü və niyə öldürüldüyü sualı hələ də cavabsız qalıb.
İstintaq sayəsində əldə edilən son ipuclarına əsasən, ən çox ehtimal olunan ssenari isə kiçik qızın böyük qardaşı Enes Güran ilə əmisi oğlunu uyğun olmayan vəziyyətdə gördüyü üçün öldürüldüyüdür.
Narinin yoxa çıxdığı gün tövlədən gələn səsləri eşitdiyi və böyük qardaşı Enes Güran ilə əmisi oğlunu (Selim Güranın oğlu) uyğun olmayan vəziyyətdə gördüyü, bundan sonra qardaşının onu əli ilə boğduğu ehtimal edilir.
GPRS qeydlərinə görə, anası Yüksel və baldız Hediye Güran hadisə yerinə gələrək Enesə mane olmağa çalışıblar. Ana Yüksel Güran oğlu Enesin qolunu dişləyib. Daha sonra əmi, muhtar Selim Güran hadisə yerinə çağırılıb. Selim Güran isə Nevzat Bahtiyara zəng edərək Narini ölü və ya huşsuz şəkildə ona verib.
Qeyd edək ki, Nevzat Bahtiyar uşağın meyitini pul qarşılığında gizlətdiyinə görə həbs edilib.
Ləman
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video






















.jpg)
.png)



.jpg)

.jpg)










