İdman
Paris 2024: Azərbaycan medal sıralamasında neçəncidir?
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarını 28-ci sırada bitirib.
Publika.az xəbər verir ki, 7 növdə 19 idmançı ilə yarışa qatılan ölkəmiz 4 qızıl, 2 gümüş və 5 bürünc medalı aktivinə yazdırıb.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.
Siyahıda ilk yeri Çin idmançıları tutub (94 qızıl, 76 gümüş, 50 bürünc). Böyük Britaniya (49 qızıl, 44 gümüş, 31 bürünc) ikinci, ABŞ (36 qızıl, 42 gümüş, 27 bürünc) üçüncü olub.
-
İdman02:33
Əfsanə 3-cü dəfə evləndi, 3 gün toy etdi
-
Magazin201:30
Azərbaycan əsilli aktyor modelin ayaqqabısından viski içdi - VİDEO
-
Qoroskop00:15
Günün qoroskopu: Heç kimin yardımına bel bağlamayın!
-
Magazin116 Sentyabr 22:12
"Yataqxanada qalırdım, amma ən son model maşınları sürürdüm" - Zamiq Hüseynov - VİDEO
-
Dünya16 Sentyabr 21:11
Canlı efirdə zəlzələ: Maya Sandunun çətin anları - VİDEO
-
Magazin116 Sentyabr 20:40
Naomi Kempbell Bakı səfəri barədə PAYLAŞIM ETDİ
-
Kriminal16 Sentyabr 20:30
İki yaşlı körpə soğan tarlasında ölü tapıldı - Daha bir qətl?
-
Nəqliyyat16 Sentyabr 19:50
Bakı sakinlərinə pis xəbər: Aylarla davam edəcək...