Millimiz Slovakiyaya məğlub oldu - Yeniləndi
Bizi izləyin

İdman

Millimiz Slovakiyaya məğlub oldu - Yeniləndi

Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.

Publika.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.

Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.

xxx

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ikinci hissə başlayıb.

Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.

22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelec fərqlənib.

xxx

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ilk hissə başa çatıb.

C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.

22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelec fərqlənib.

xxx

UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçına növbəti qol vurulub.

Publika.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri ikinci dəfə hesabı dəyişib.

26-cı dəqiqədə David Strelec komandasının üstünlüyünü möhkəmləndirib.

xxx

UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçına hesab açılıb.

Publika.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.

22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.

xxx

Bu gün Azərbaycan milli komandası Millətlər Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə Slovakiya millisi ilə üz-üzə gələcək.

“Koşitse Futbol Arenası”nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan millisi ilk turda İsveçə 1:3 hesabı ilə uduzub. Bu, komandanın Santuşun rəhbərliyi altında ilk oyunu olub. Slovakiya seçməsi isə ilk matçında Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.

Millətlər Liqası
C liqası, 1-ci qrup
8 sentyabr

20:00. Slovakiya – Azərbaycan
Hakimlər: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (Polşa)
“Koşitse Futbol Arenası”.

Azərbaycan: Mehdi Cənnətov, Rahil Məmmədov, Bədavi Hüseynov, Amin Seydiyev, Elvin Cəfərquliyev, Elvin Camalov, Aleksey İsayev, Emil Mustafayev, Toral Bayramov, Ozan Can Kökçü, Renat Dadaşov

Slovakiya: Martin Dubravka, Norbert Dyomber, Milan Şkrinyar, Adam Obert, David Hanzko, Stanislav Lobotka, Ondrey Duda, Yuray Kuçka, Tomaş Suslov, Lukaş Haraslin, David Streleç

Oxumağa davam et
Reklam
Reklam

Gündəm