"Formula 1": Azərbaycan Qran-prisi başlayır
Bizi izləyin

İdman

"Formula 1": Azərbaycan Qran-prisi başlayır

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisi start götürəcək.

Publika.az xəbər verir ki, ilk yarış günündə iki sərbəst yürüş keçiriləcək. Bundan əlavə, "Formula 2"-də də sınaq yürüşü ilə yanaşı, sıralama turu da gerçəkləşəcək.

Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.

Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Azərbaycan Qran-prisində ilk günün proqramı

11:00. "Formula 2": Sərbəst yürüş
13:30. "Formula 1": Birinci sərbəst yürüş
15:00. "Formula 2": Sıralama turu
17:00. "Formula 1": İkinci sərbəst yürüş

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm