"Qarabağ"ın rəqibi "İnter"dən ayrılan futbolçunu transfer etdi
Bizi izləyin

İdman

"Qarabağ"ın rəqibi "İnter"dən ayrılan futbolçunu transfer etdi

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Ayaks" (Niderland) heyətini İtaliyanın "İnter" klubundan ayrılan Devi Klassenlə gücləndirib.

Publika.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi Amsterdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Niderland millisinin sabiq üzvü "Ayaks"a azad agent kimi qoşulub. Devi Klassen bundan öncə müxtəlif vaxtlarda daha iki dəfə "ağ-qırmızılar"ın şərəfini qoruyub.

Qeyd edək ki, "Qarabağ" "Ayaks"la oktyabrın 24-də Bakıda qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm