İdman
"Formula 2" yarışının qalibi bəlli oldu - YENİLƏNDİ
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
Publika.az xəbər verir ki, "Trident" komandasından Rixard Versxor bütün rəqiblərini qabaqlayıb.
"Art Grand Prix"dən Viktor Martins ikinci, "Prema Racing"dən Andrea Kimi Antonelli üçüncü yeri tutub.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.
***
Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.
Publika.az xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.
Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.
Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.
Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?