Reper Premyer Liqa klubunun ortağı ola bilər
Bizi izləyin

İdman

Reper Premyer Liqa klubunun ortağı ola bilər

Amerikalı iş adamı Con Tekstor reper Cey Zini İngiltərə Premyer Liqasının iştirakçısı “Everton”un alınmasına cəlb etməyi planlaşdırır,

Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 58 yaşlı Tekstor sövdələşmədə birgə iştirak etmək üçün Cey Zi və digər potensial tərəfdaşlara müraciət edib.

Keçən həftə Tekstor “Everton”un hazırkı sahibi Fərhad Moşiri ilə danışıqlarda irəliləyiş olduğunu açıqlayıb. Alışı başa çatdırmaq üçün onun maliyyə dəstəyinə ehtiyacı olacaq. Reper “Nation Sports” agentliyinə sahibdir. Buna görə təkliflə maraqlana bilər.

Hazırda Con Premyer Liqanın digər klubu “Kristal Pelas”da 45% paya sahibdir. Liverpul klubunu almaq və liqa qaydalarını pozmamaq üçün payını satmalı olacaq.

Qeyd edək ki, 2024/2025 mövsümünün ilk dörd turunun nəticələrinə əsasən, xalı olmayan “Everton” Premyer Liqanın turnir cədvəlində sonuncu, 20-ci yeri tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm