Premyer Liqa klubları "Siti"yə qarşı birləşdilər: Görün hansı cəzanı tələb edirlər
Bizi izləyin

İdman

Premyer Liqa klubları "Siti"yə qarşı birləşdilər: Görün hansı cəzanı tələb edirlər

İngiltərə Premyer Liqası klubları xalların silinməsinin "Mançester Siti" üçün maliyyə pozuntularına görə kifayət qədər ağır cəza olmayacağını hesab edirlər.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

"Şəhərlilər" 2009/10 mövsümü ilə 2017/18 mövsümü arasında 115 maliyyə qaydalarını pozmaqda ittiham olunur. Bu iş üzrə dinləmələr sentyabrın 16-da başlayıb.

Mənbənin sözlərinə görə, ingilis klubları hesab edirlər ki, birdəfəlik xalların silinməsi - hətta "Siti"nin aşağı liqaya düşməsinə səbəb olsa belə, ittihamların əksəriyyəti sübuta yetirilərsə, kifayət qədər sərt cəza olmayacaq.

Alternativ olaraq, bir neçə mövsüm ərzində "Siti"dən xalların silinməsi təklif edilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm