Çempionlar Liqası həyəcanı başlayır: Milanda gecənin matçı
Bizi izləyin

İdman

Çempionlar Liqası həyəcanı başlayır: Milanda gecənin matçı

Bu gün UEFA Çempionlar Liqasında ümumi mərhələyə start veriləcək.

Publika.az xəbər verir ki, ilk turda azarkeşlərin maraqla gözlədiyi bir neçə matç keçiriləcək.

Gecənin mərkəzi matçı Milanda baş tutacaq. Şəhərin eyniadlı komandası "Liverpul"u qəbul edəcək. "Real" "Ştutqart"ı, "Bayern" isə Zaqreb "Dinamo"sunu sınağa çəkəcək.

Çempionlar Liqasında debüt edəcək “Aston Villa” "Yanq Boyz"un qonağı olacaq.

Qeyd edək ki, UEFA-nın turnirlə bağlı yeni reqlamentinə əsasən turun oyunları 3 gündə - çərşənbə axşamı, çərşənbə və cümə axşamı keçiriləcək. Görüşlər 2 fərqli saatda baş tutacaq.

UEFA Çempionlar Liqası: Əsas mərhələ, 1-ci tur
17 sentyabr
20:45 Yuventus (İtaliya) – PSV (Niderland)
20:45 Yanq Boyz (İsveçrə) – Aston Villa (İngiltərə)
23:00 Milan (İtaliya) – Liverpul (İngiltərə)
23:00 Bayern (Almaniya) – Dinamo (Zaqreb, Xorvatiya)
23:00 Real (İspaniya) – Ştutqart (Almaniya)
23:00 Sportinq (Portuqaliya) – Lill (Fransa)

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm