"Yuventus" cəzalı Poqba ilə bağlı bu addımı atacaq
Bizi izləyin

İdman

"Yuventus" cəzalı Poqba ilə bağlı bu addımı atacaq

"Yuventus" müqavilə ilə kluba məxsus olan və dopinq qəbul etdiyi üçün cəzalandırılan yarımmüdafiəçi Pol Poqba ilə bağlı qərar verəcək.

Publika.az xəbər verir ki, Turin klubu fransalı futbolçu ilə müqaviləsini ləğv etməyə hazırlaşır. “Qoca sinyora”nın rəhbərliyi fransalı ilə münasibətləri kəsməyə meyllidir. Çünki Poqbanın diskvalifikasiyasının ləğv olunmayacağına inanırlar.

Polun "Yuventus"la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Xatırladaq ki, ötən ilin avqustunda Pol Poqbanın dopinq testi müsbət nəticə vermişdi. Bu ilin fevralında məhkəmə futbolçunun 4 il müddətinə futboldan kənarlaşdırılmasına qərar verib. Poqba cəzadan apellyasiya şikayəti verib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm