Neymar məşqlərə qayıtdı - FOTOLAR
Bizi izləyin

İdman

Neymar məşqlərə qayıtdı - FOTOLAR

Neymar meydana qayıtmaq üçün daha bir addım atıb.

Publika.az xəbər verir ki, braziliyalı ulduz "Əl-Hilal"da məşqlərə qoşulub.

Hücumçu yenidən məşq meydançasında komanda ilə topla işləyib. Futbolçu sosial şəbəkələrdə bir neçə foto paylaşaraq “Qrupa qayıtdığım üçün çox şadam... İndi tam sevincliyəm” sözlərini yazıb.

Cənubi amerikalı futbolçu 2023-cü ilin oktyabrın 18-da Braziliya millisinin heyətində DÇ-2026-seçmə mərhələsinin oyununda diz bağlarını zədələyib. O, 11 aydan çox müddətə sıradan çıxıb.

Neymar 2023-cü ilin yayında kluba qoşulduqdan sonra "Əl-Hilal"ın heyətində cəmi 5 oyuna çıxıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm