Balotelli üçüncü liqa klubunda oynayacaq?
Bizi izləyin

İdman

Balotelli üçüncü liqa klubunda oynayacaq?

Hücumçu Mario Balotelli karyerasını İspaniyada davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

İtaliya millisinin sabiq hücumçusu üçüncü divizionda çıxış edən "İntersiti" klubu ilə danışıqlar aparır. Transferlə bağlı işlərin getdiyi, lakin hələlik danışıqların yekunlaşmadığı bildirilir.

Balotellinin Bolqarıstanın ÇSKA (Sofia) klubuna keçmək ehtimalının da olduğu bildirilir.

34 yaşlı forvard 2023/24 mövsümünün sonunda Türkiyə təmsilçisi "Adana Dəmirspor"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm