Serxio Ramosa görün hansı ölkədən təklif var
Bizi izləyin

İdman

Serxio Ramosa görün hansı ölkədən təklif var

İspaniyalı müdafiəçi Serxio Ramos azad agent kimi karyerasını Misirdə davam etdirə bilər.

Publika.az AS-a istinadən xəbər verir ki, 38 yaşlı futbolçu ilə sözügedən ölkənin təmsilçisi "Zamalek" maraqlanır. Klub bu ulduz futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdıra bilsə, onu azad agent olaraq heyətinə qatacaq.

Hələlik ispaniyalı müdafiəçi Misir klubundan rəsmi təklif almayıb.

Xatırladaq ki, 38 yaşlı Ramos 2023-cü ilin yayında azad agent kimi “Sevilya”ya qayıtmışdı. Ötən mövsüm o, komandanın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 7 qol vurub və bir məhsuldar ötürmə edib. İspaniya klubu ilə müqaviləsi bu yay başa çatıb

İspaniya millisinin sabiq futbolçusu karyerası ərzində "Real" və PSJ klublarında da çıxış edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm