Sosial
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Oktyabrın 2-də Bakıda və bölgələrdə qısamüddətli yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.
-
Rəsmi xronika14:42
Prezident onu Rusiyaya səfir təyin etdi
-
Hadisə14:25
Yanacaqdaşıyan maşının sürücüsü yanaraq öldü - FOTO
-
Magazin214:05
Avropanın gözəli bu tatar seçildi - Geyimi də heyran etdi
-
Yaxın Şərq13:13
Son dəqiqə: “Hizbullah” əks-hücuma başladı: Təl-Əvivi vurdu
-
Sosial12:55
Gələn ildən Azərbaycanda ən aşağı məvacib bu qədər olacaq
-
Yaxın Şərq11:56
İranda İsrailə qarşı mübarizəyə “Mossad” agenti rəhbərlik edib: Əhmədinejad elə sirri açıqladı ki...
-
Sosial11:43
Əhalinin nəzərinə: Oktyabrın 6-da...
-
Cənubi Qafqaz10:19
Xankəndidən qaçan separatçılara son zərbə - Paşinyan hücuma keçdi