Dünyanın ən hündür dağı alimləri şoka saldı: hər il...
Bizi izləyin

Dünya

Dünyanın ən hündür dağı alimləri şoka saldı: hər il...

Everest dağının yaxınlıqdakı çayın yaratdığı eroziya səbəbindən hər il ucala biləcəyi müəyyən edilib.

Publika.az xəbər verir ki, bu barədə “EurekAlert” saytı məlumat yayıb.

Bildirilir ki, London Universitet Kollecinin (UCL) mütəxəssisləri 8849 metr hündürlüyündə olan Everestin necə böyüdüyünü öyrənmək üçün Himalaylardakı çayların illər ərzində təkamülünü araşdırıblar. Onlar təqribən 89 min il əvvəl Everest yaxınlığında yerləşən Arun çayının Kosi çayı ilə birləşməsinin bölgədə eroziyanı artırdığını müəyyən ediblər.

Bu birləşmənin böyük miqdarda qaya və torpağı aşındırdığını bildirən tədqiqatçılar, eroziyadan sonra yer qabığının altından gələn təzyiqin Everestin yüksəlməsinə səbəb olduğunu izah ediblər.

Tədqiqatçılar bu səbəbdən Everest dağının son 89 min ildə 15-50 metr uzandığını və hər il təxminən 2 millimetr böyüməyə davam edə biləcəyini qeyd ediblər.

Araşdırma "Nature Geoscience" jurnalında dərc olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm