Messi “Tərəfdarlar Qalxanı” ilə özünəməxsus dünya rekordunu yenilədi
Bizi izləyin

İdman

Messi “Tərəfdarlar Qalxanı” ilə özünəməxsus dünya rekordunu yenilədi

"İnter Mayami"nin ulduzu Lionel Messi özünəməxsus dünya rekordunu yeniləyib.

Publika.az xəbər verir ki, o, buna Florida təmsilçisinin heyətində MLS-in müntəzən mövsümündə çempion olmaqla nail olub. “Tərəfdarlar Qalxanı” adlanan titulu qazanan Leo karyerasında 46-cı kuboku qazanıb.

Qeyd edək ki, bu göstəricidə ikinci sırada Messinin "Barselona"dan sabiq komanda yoldaşı Dani Alveş qərarlaşıb. Onun aktivində 43 titul var. Alveşin aktiv futbolçu karyerası başa çatdığından, onun argentinalı ulduzun rekordunu yeniləmək şansı yoxdur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm