ABŞ-da elan etdilər: Alyona Azərbaycana getmək üçün bu oyunu qurub
Bizi izləyin

İdman

ABŞ-da elan etdilər: Alyona Azərbaycana getmək üçün bu oyunu qurub

Amerikalı jurnalist Nolan Karni rusiyalı fiqurlu konkisürən Alyona Kostornayanın zədələnməsində qəribə məqam görüb.

Publika.az xəbər verir ki, bundan əvvəl Kostornaya ağır xəstəlikdən əziyyət çəkdiyini, ona görə Georgi Kunitsa ilə duetinin bu mövsüm bir çox turnirlərdə olmayacağını açıqlamışdı .

“Alyona duetlərinin karyeralarında mühüm mərhələyə çatdığını, ciddi qərar verməli olduqlarını söylədi. Ola bilsin ki, nəyəsə işarə edirdi. İndi o, xəstəxanadadır. Bəlkə də bu, başqa ölkəyə köçmək üçün həll yoludur.

Fakt olmasa da, Alyonanın Azərbaycan millisinə keçmək istəməsi ilə bağlı xəbərlər yayılıb. Və əgər o, bu payızda “otursa”, FFKKR-dən ayrılıb xarici vətəndaşlıq almağa vaxtı olacaq”, - Karni “YouTube”da “Skating Lesson” şousunda bildirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm