“Qarabağ” “Malmö”yə uduzdu - YENİLƏNDİ
Bizi izləyin

İdman

“Qarabağ” “Malmö”yə uduzdu - YENİLƏNDİ

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin "Malmö" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:2.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında 3-cü qol vurulub.

Publika.az xəbər verir ki, 47-ci dəqiqədə "Molde"nin futbolçusu Erik Botheym "Qarabağ"ın qapısına ikinci qolu vurub.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab bərabərləşib.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda hesabı 15-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Juniniyo açıb. Qarşılaşmanın 19-cu dəqiqəsində "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

***

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasında növbəti görüşünə start verilib.

Publika.az xəbər verir ki, təmsilçimiz Əsas mərhələsnin 2-ci turunda İsveçin “Malmö” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Hər iki komanda Avroliqanın Liqa mərhələsinə uğursuz start verib. Azərbaycan çempionu səfərdə “Tottenhem”ə 0:3 hesabıyla uduzub. “Malmö” isə doğma meydanda “Reyncers”lə bacarmayıb – 0:2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm