"Qarabağ"ı yıxan futbolçu: Rəqibə boş sahə verməməyə çalışdıq
Bizi izləyin

İdman

"Qarabağ"ı yıxan futbolçu: Rəqibə boş sahə verməməyə çalışdıq

"Taktiki cəhətdən fantastik oyun keçirdik. Daha kompakt oynamağa, rəqibə boş sahə verməməyə çalışdıq. Buna da nail olduq".

Publika.az xəbər verir ki, bu sözləri İsveçin "Malmö" klubunun futbolçusu Erik Botheim UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində baş tutan "Qarabağ"la oyundan sonra (2:1) deyib. Dubla imza atan 24 yaşlı forvard qələbəni komanda olaraq qazandıqlarını bildirib:

"Son matçlarda formamı bərpa edirəm. Belə bir vaxtda qol vurmaq xoşdur. Ancaq qələbə mənim adıma yazılmamalıdır. Komandamızın əməyi barədə danışmağa üstünlük verirəm. Avropa Liqasında səfərdə qələbə qazanmaq böyük güc tələb edir".

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm