Avroliqa oyununda insident: Azarkeşlər həbs olundu
Bizi izləyin

İdman

Avroliqa oyununda insident: Azarkeşlər həbs olundu

Avropa Liqasının Əsas mərhələsinin 2-ci turu çərçivəsində keçirilən "Real Sosyedad" - "Anderlext" matçında (1:2) insident yaşanıb.

Publika.az xəbər verir ki, görüş zamanı tribunalarda bir neçə xoşagəlməz hadisə qeydə alınıb. Baskoniya təhlükəsizlik departamentinin məlumatına görə, azarkeşlərdən biri hökumət rəsmilərinə hücum etdiyinə, digəri ictimai asayişi pozduğuna, başqa biri isə ətrafa zərər vurduğuna və təhlükəsizlik əməkdaşlarına müqavimət göstərdiyinə görə həbs edilib.

Qeyd olunur ki, matç zamanı belçikalı azarkeşlər yerli azarkeşlərə yad əşyalar atıblar. Xüsusilə, oturacaqlardan istifadə ediblər. Matçın sonunda “Anderlext” yaşananlara görə üzr istəyib. Klub 8 azarkeşin həbs olunduğunu elan edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm