"Turan Tovuz" "Zirə"yə qalib gəldi
Bizi izləyin

İdman

"Turan Tovuz" "Zirə"yə qalib gəldi

Azərbaycan Premyer Liqasında "Turan Tovuz" "Zirə"ni məğlub edib.

Publika.az
xəbər verir ki, IX turun növbəti oyununda doğma meydanda paytaxt təmsilçisini qəbul edən Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv minimal hesablı qələbəyə sevinib.

Qarşılaşmanın final fitinə 1 dəqiqə qalmış rəqib qapısına yol tapan Faiq Hacıyev komandasına qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 18-ə çatdıran "Turan Tovuz" turnir cədvəlinin birinci sırasında yer alan "Qarabağ"a şərik olub.

15 xala malik "Zirə" isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb - 1:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm