Braziliya millisində ciddi itki
Bizi izləyin

İdman

Braziliya millisində ciddi itki

"Real"ın müdafiəçisi Eder Militao Braziliya millisinin qarşıdakı oyunlarını buraxacaq.

Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Ötən gün yığmanın düşərgəsinə yollanan Militao tibbi müayinədən keçib və onun sol budunda kiçik əzələ zədəsi aşkarlanıb. Bu səbəbdən Militao DÇ-2026-nın seçmə mərhələsində baş tutacaq görüşlərdə "sambaçılar"a kömək edə bilməyəcək.

Qeyd edək ki, Braziliya millisi Çili (11 oktyabr) və Peru (16 oktyabr) ilə üz-üzə gələcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm