Flik qəzəbləndi və onu cəzalandırdı - Səbəbi nədir?
Bizi izləyin

İdman

Flik qəzəbləndi və onu cəzalandırdı - Səbəbi nədir?

Fransalı müdafiəçi Jül Kunde komandanın baş məşqçisi Hans-Diter Flikin qərarı ilə La Liqanın 9-cu turunda "Alaves"lə matçda (3:0) "Barselona"nın start heyətində yerini itirib.

Publika.az xəbər verir ki, buna səbəb 25 yaşlı futbolçunun məşqçi ilə komandanın oyunöncəsi görüşünə vaxtında gəlməməsi olub. Bu səbəbdən Flik onu cəzalandıraraq ehtiyat oyunçular skamyasına göndərib.

İddia olunur ki, almaniyalı mütəxəssis daha əvvəl iki komanda oyunçusuna punktual olmağın vacibliyi ilə bağlı xəbərdarlıq edib, indi isə daha sərt davranmağa qərar verib.

Nəticədə Kunde "Barselona"nın start heyətində Hektor Fortla əvəz olunub. Jül 67-ci dəqiqədə əvəzetmədən meydana çıxıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm