"Barselona"dan gözlənilən anons gəldi: Yeni stadion üçün...
Bizi izləyin

İdman

"Barselona"dan gözlənilən anons gəldi: Yeni stadion üçün...

"Barselona" rəsmi saytında 2024/25 mövsümünün ikinci hissəsi üçün "Kamp Nou" stadionuna abonement satışı prosesinə başladığını elan edib.

Publika.az xəbər verir ki, satışa 45 min mövsümü bilet çıxarılacaq. Qiymətlər 260-755 avro arasında dəyişir. Müraciətlər oktyabrın 11-dən oktyabrın 23-dək verilə bilər və yerlərin sayından çox müraciət olarsa, püşkatma keçiriləcək.

Komandanın hazırda ev oyunlarını keçirdiyi Olimpiya stadionunda mövsüm bileti sahibləri olan şəxsləri yeni "Kamp Nou"da yerlərini tutmaq üçün eksklüziv 72 saatlıq pəncərəyə (25-27 oktyabr) sahib olacaqlar.

Yeni stadionun tutumu ilkin olaraq 62 min nəfərdir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm