Əfsanənin qızı da atasının yolu ilə gedir: "Yuventus"da oynayacaq - FOTOLAR
Bizi izləyin

İdman

Əfsanənin qızı da atasının yolu ilə gedir: "Yuventus"da oynayacaq - FOTOLAR

"Yuventus"un əfsanəvi futbolçusu Alessandro Del Pieronun qızı atasının yolu ilə gedir.

Publika.az xəbər verir ki, Doroteya Turin klubunda çıxış edəcək. O, "ağ-qaralar"ın U-17 qadınlardan ibarət komandasına qoşulub.

“Qoca sinyora”nın keçmiş kapitanının qızı 2009-cu ildə anadan olub və Los-Ancelesdə böyüyüb. 15 yaşlı Doroteya futboldakı ilk addımlarını ABŞ-da atıb.

Del Piero karyerasının böyük hissəsini "Yuventus"da keçirib. O, 19 il (1993-2012) bu komandanın rənglərini qoruyub. 6 dəfə İtaliya çempionatının və 1 dəfə isə Çempionlar Liqasının qalibi olub. Alessandro İtaliya millisi ilə 2006-cı ildə dünya çempionu olmağı da bacarıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm