“Siti” şokda: əsas fiqur gedir - FOTO
Bizi izləyin

İdman

“Siti” şokda: əsas fiqur gedir - FOTO

Çiki Beqiristayn mövsümün sonunda “Mançester Siti”ni tərk edəcək.

Publika.az xəbər verir ki, Çiki “Siti” üçün tamamilə əsas fiqurdur. İspan ingilis klubuna 2012-ci ildə keçib. O, dərhal idman direktoru vəzifəsini tutub.

Sonrakı illərdə funksioner ingilis qrandının transferlərinə böyük təsir göstərib.

Jurnalist Devid Ornşteyn 2024/25 mövsümünün sonunda Beqiristeynin klubu tərk edəcəyini açıqlayıb. Ehtimal olunur ki, ispaniyalının varisi yanvarda “Etihad”a gələ bilər. Çünki o, bu vəzifəni icra etməyə başlamazdan əvvəl bir müddət Çiki ilə paralel çalışıb təcrübə qazanmalıdır.

İspaniyalı 2003-2010-cu illərdə “Barselona”da çalışıb. Məhz o, Kataloniya klubunda Pep Qvardiola dönəminin başlamsında həlledici rol oynayıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm