"Real" onunla bağlı hazırlıqlara başladı: Əmindirlər ki...
Bizi izləyin

İdman

"Real" onunla bağlı hazırlıqlara başladı: Əmindirlər ki...

"Real" "Qızıl top" mərasiminin hazırlığına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Klub əmindir ki, əsas mükafat onların hücumçusu Vinisiusa çatacaq. Hazırda onu mərasimdə müşayiət etmək üçün plan, nümayəndə heyətinin tərkibi və braziliyalını təbrik üçün videolar hazırlanır.

Vinisiusun gözlənilən qələbəsi "Real" dəyərlərinin təntənəsi sayılır. Çünki futbolçunun inkişafı məhz Madrid klubunda baş verib.

O da qeyd olunur ki, Vinisius Cud Bellinqem və Kilian Mbappenin gəlişinə baxmayaraq, hələ də soyunub-geyinmə otağında liderliyini qoruyub saxlayır və komandada əsas fiqur hesab olunur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm