Məsut Özil Bakıya gəlir: "Qarabağ"a görə
Bizi izləyin

İdman

Məsut Özil Bakıya gəlir: "Qarabağ"a görə

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış yarımmüdafiəçi Mesut Özil Bakıya gəlir.

Publika.az xəbər verir ki, Almaniya millisi ilə DÇ-2014-ün qalibi olan türkəsilli futbolçu "Qarabağ"ın qonağı olacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ağdam klubunun açıq məşqinin ardından Özil komandanın gənc futbolçuları ilə əyləncəli oyunda üz-üzə gələcək. Tədbir oktyabrın 11-də saat 16:30-da "Azersun Arena"da baş tutacaq. Giriş sərbəstdir.

Qeyd edək ki, azarkeşləri bir sıra sürprizlər və hədiyyələr də gözləyir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm