Argentina millisi bu ölkəyə uça bilmir: Nə baş verir?
Bizi izləyin

İdman

Argentina millisi bu ölkəyə uça bilmir: Nə baş verir?

Argentina yığması DÇ-2026-nın qarşıdakı seçmə mərhələ oyunlarına çıxmaya bilər.

Publika.az xəbər verir ki, bu barədə baş məşqçi Lionel Skaloni məlumat yayıb.

Argentinalılar yaxınlaşan "Milton" qasırğası səbəbindən fövqəladə vəziyyət elan edilən ABŞ-nin Florida ştatında Venesuela və Boliviya ilə oyunlara hazırlaşırdılar. Argentina çərşənbə günü Venesuelaya getməyi planlaşdırmışdı. Lakin yaxınlaşan fırtına Floridanın cənubunda hava səyahətinə təsir edərsə, bu plan pozula bilər.

"Təhlükəsizlik məsələsi daha vacibdir. Qarşılaşma vacibdir, amma təhlükəsizlik daha önəmlidir. Biz narahatıq və gözləyirik ki, matça uça bilib-bilməyəcəyimiz barədə nəsə desinlər. Hələ uça biləcəyimizə əmin deyilik", - deyə Skaloni bildirib.

Qeyd eədk ki, Venesuela - Argentina matçı oktyabrın 11-də keçiriləcək. Beş gün sonra argentinalılar Boliviyanı qəbul edəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm