"Liverpul" ondan bəd xəbər aldı
Bizi izləyin

İdman

"Liverpul" ondan bəd xəbər aldı

“Liverpul”un və Braziliya millisinin qapıçısı Alisson Bekker noyabrda keçiriləcək növbəti beynəlxalq fasiləyə qədər meydana qayıtmayacaq.

Publika.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Alissonun sağalması ən azı 6 həftə çəkəcək. Braziliyalı futbolçu Premyer Liqada “Çelsi”, “Arsenal”, “Brayton” və “Aston Villa” ilə oyunları, həmçinin “Leypsiq” və “Bayer”lə Çempionlar Liqası matçlarını buraxacaq.

Qeyd edək ki, 32 yaşlı qolkiper Premyer Liqanın 7-ci turunun "Kristal Pelas"la oyununda (1:0) zədələnib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm