İdman
LGBT elementli formanı imzalamadı: Üzr istəməyə məcbur etdilər
Almaniyanın "Volfsburq" klubunun futbolçusu Kevin Berens göy qurşağı rəngli formanı imzalamaqdan imtina etdiyi üçün ictimaiyyətdən üzrxahlıq edib.
Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Bildirilir ki, marketinq şöbəsi bəzi oyunçuları avtoqraf sessiyasına dəvət edib. Bu tədbirə satış üçün fanat məhsullarının imzalanması, uduş rəsmləri və ya xeyriyyə tədbirləri daxildir.
Berens də əşyaların üzərinə imzasını atıb. Tədbir zamanı ondan cinsi azlıqların rəmzi hesab edilən göy qurşağı elemenli formanı imzalaması istələnilib. Oyunçu bir neçə dəfə bundan imtina edib: "Mən belə bir axmaqlığa imza atmıram".
Hadisə ilə bağlı dərhal "Volfsburq"un idman rəhbərliyinə məlumat verilib. Berens klubun idman direktoruna izahat verməli olub.
"Mənim sözlərim tamamilə yersiz idi. Bunun üçün üzr istəmək istəyirəm. Bu məsələ klub daxilində açıq şəkildə müzakirə olunub və lütfən başa düşün ki, bu barədə əlavə şərh vermək istəmirəm", - deyə Berens bildirilib.
Heybət
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi