Məşhur futbolçu çətin vəziyyətdə: 9 milyonluq maaşı kimin ödəyəcəyi bilinmir
Bizi izləyin

İdman

Məşhur futbolçu çətin vəziyyətdə: 9 milyonluq maaşı kimin ödəyəcəyi bilinmir

30 yaşlı niderlandlı Memfis Depay bir ay əvvəl müqavilə bağlamasına baxmayaraq, Braziliya “Korintians”ını tərk edə bilər.

Publika.az xəbər verir ki, Depay lazımi maaşının ödənilib-ödənilməyəcəyi ilə bağlı şübhələri var. Çünki müqaviləyə əsasən, o, Braziliya bukmeker kontorlarından biri tərəfindən alınıb. Bir gün əvvəl isə səlahiyyətli orqanlar həmin şirkətin lisenziyasını ləğv edib.

Sonuncu faktor niderlandlının Braziliya standartlarına görə ildə təxminən 9 milyon funt sterlinq olan nəhəng maaşının ödənilməsini şübhə altına salır.

Ola bilsin ki, indi futbolçu ilə klub 2 il müddətinə bağlanan müqavilənin vaxtından əvvəl ləğvi barədə razılığa gəlsin.

Depay “Korintians”ın heyətində cəmi 4 rəsmi oyun keçirə bilib və 2 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm