Futbolçu evində ölü tapıldı
Bizi izləyin

İdman

Futbolçu evində ölü tapıldı

“Panatinaikos”un müdafiəçisi Corc Baldok evində ölü tapılıb.

Publika.az xəbər verir ki, 31 yaşlı futbolçunun meyiti oktyabrın 9-da Afina ətrafında yerləşən evinin hovuzunda aşkar edilib. Ölümün səbəbi hələ müəyyən edilməyib.

Baldok yayda “Panatinaikos”a keçib və 4 matçda iştirak edib. 2017-ci ildən İngiltərənin “Şeffild Yunayted” klubunda çıxış edib və 83-ü Premyer Liqada olmaqla 219 oyun keçirib.

Qeyd edək ki, Baldok 2022-ci ildə Yunanıstan millisində debüt edib və 12 oyunda iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm