Belarus millimizi darmadağın etdi
Bizi izləyin

İdman

Belarus millimizi darmadağın etdi

Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.

Publika.az xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Belarus yığmasının 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 53-cü dəqiqədə Kənan Feyziyev vurub.

Qeyd edək ki, bu komandalar oktyabrın 13-də ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm