Haaland Norveç millisinin tarixinə düşdü
Bizi izləyin

İdman

Haaland Norveç millisinin tarixinə düşdü

Hücumçu Erlin Haaland Millətlər Liqasının qrup mərhələsində Sloveniya ilə qarşılaşmada (3:0) Norveç millisində 34-cü qolunu vurub.

Publika.az xəbər verir ki, sözügedən görüşdə Haaland dubla imza atıb. 24 yaşlı forvard bununla Skandinaviya təmsilçisinin tarixinin bombardiri olub.

Bundan əvvəlki rekordçu 1934-cü ildə Norveç millisində 33-cü qol vuran Yergen Yuve idi.

Qeyd edək ki, Norveç Millətlər Liqasının növbəti oyununda oktyabrın 13-də Avstriya ilə səfərdə qarşılaşacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm