"Liverpul" ulduzuna əvəzləyicilər tapdı: "Real"a keçərsə...
Bizi izləyin

İdman

"Liverpul" ulduzuna əvəzləyicilər tapdı: "Real"a keçərsə...

“Liverpul” “Real”a transferi gündəmdə olan Trent Aleksandr-Arnolda mümkün əvəzləyicilər tapıb.

Publika.az xəbər verir ki, "qırmızılar" “Bayer Leverkuzen”in müdafiəçisi Ceremi Frimponq, “Monako”dan Vanderson və “Fiorentina”dan Mikael Kayodeni nəzərdən keçirir. Bu barədə “Caught Offside” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda mersisaydlılar ilə 26 yaşlı futbolçu arasında gələn ilin yayında başa çatacaq müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirənib.

Mediada sağ cinah müdafiəçisi Daniel Karvaxalın ciddi zədəsi səbəbindən “Los Blankos”un 2025-ci ilin yanvarında Aleksandr-Arnoldu almaq variantını nəzərdən keçirdiyi barədə məlumatlar yayılıb. Buna qədər isə Madrid klubu ingilis futbolçunun “Liverpul”la müqaviləsinin başa çatmasını gözləmək niyyətində idi.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm