Azərbaycan millisinin ev oyunu onlara tapşırıldı
Bizi izləyin

İdman

Azərbaycan millisinin ev oyunu onlara tapşırıldı

Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunun matçına hakim təyinatları açıqlanıb.

Publika.az xəbər verir ki, görüş FIFA referisi Rosit Saqqinin rəhbərlik etdiyi norveçli hakimlər briqadasına tapşırılıb.

Ona Morten Yensen və Anders Olav Dale kömək göstərəcək. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm