"Liverpul"un əfsanəsi vəfat etdi
Bizi izləyin

İdman

"Liverpul"un əfsanəsi vəfat etdi

"Liverpul"un sabiq yarımmüdafiəçisi Piter Kormak vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

"Qırmızılar"ın əfsanəsi 78 yaşında həyatla vidalaşıb.

Şotlandiyalı Kormak 1972-1976-cı illərdə mersisaydlıların şərəfini qoruyub. O, əfsanəvi məşqçi Bill Şenklinin rəhbərlik etdiyi əfsanəvi komandanın bir hissəsi olub. “Liverpul”la Piter Kormak İngiltərə çempionatının, UEFA Kubokunun və ölkə kubokunun qalibi olub. O, "Liverpul" forması ilə 178 matçda 26 qol vurub.

1976-cı ilin noyabrında Kormak "Bristol Siti"yə transfer olunub. Daha sonra peşəkar karyerasının başladığı "Hiberniyan"a keçib.

1980-ci ilin sonunda Peter Kormak məşqçi karyerasına başlayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm