Hansı güclüdür? - Ronaldonun "Əl-Nəsr"i, yoxsa Messi"nin "İnter"i?
Bizi izləyin

İdman

Hansı güclüdür? - Ronaldonun "Əl-Nəsr"i, yoxsa Messi"nin "İnter"i?

Opta statistik portalının analitikləri portuqaliyalı hücumçu Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu argentinalı hücumçu Lionel Messinin formasını geyindiyi ABŞ təmsilçisi “İnter Mayami” ilə müqayisə edib.

Publika.az xəbər verir ki, araşdırma nəticəsində Ronaldonun komandasının daha güclü olduğu müəyyən edilib. "Opta"nın ən yaxşı futbol klubları reytinqində “Əl Nəsr” 92-ci, “İnter Mayami” isə 98-ci sırada qərarlaşıb.

Həmçinin qeyd olunur ki, siyahıda yer alan qeyri-Avropa klublarının reytinqində Səudiyyə Ərəbistanı çempionu “Əl-Hilal” (34-cü yer) MLS-in ən yaxşı komandası “Kolumbus Cruy”u 35 pillə qabaqlayır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm