İdman
İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı
Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatına start verilib.
Azərbaycan Boks Federasiyasından Publika.az-a verilən məlumata görə, 35 ölkədən 327 idmançının iştirak etdiyi yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.
Ruslan Qədirov (60 kiloqram) 1/16 final çərçivəsində Georgios Georqantsasla (Yunanıstan) üz-üzə gəlib. Hər 3 raundda üstün olan boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Stefan Samoviçlə (Serbiya) döyüşəcək.
Qədirovun uğurunu İlqar Salahov davam etdirib. 67 kiloqramda mübarizə aparan yığma üzvü xorvatiyalı Qoran Mioçiçə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Salahov 1/8 finalda Safi Abo Şabanla (İsrail) münasibətinə aydınlıq gətirəcək.
Hər 2 boksçumuz ikinci qarşılaşmasına oktyabrın 13-də çıxacaq.
Azərbaycan çempionata 13 boksçu ilə yollanıb.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi